...

Ukraynalı politoloq ölkədə daha geniş narahatlığın yaranacağını istisna etmir

Siyasət Materials 26 Aprel 2007 18:59 (UTC +04:00)
Ukraynalı politoloq ölkədə daha geniş narahatlığın yaranacağını istisna etmir

Azərbaycan,Bakı/müxbir Trend A.Qasımova,E.Hüseynov/Kiyevin "Sofiya" Sosial Araşdırmalar Mərkəzinin direktoru Andrey Yermolayev Ukraynada həm parlamentə, həm də prezidentə qarşı daha geniş narahatlığın yaranması mümkünlüyünü istisna etmir. Trend agentliyinə müsahibəsində Yermolayev bildirib ki, Ukrayna prezidenti tərəfindən bu gün parlament seçkilərinin tarixinin təyin olunması ilə bağlı qərarın qəbulundan sonra siyasi vəziyyət çox şiddətlənəcək.

Ukrayna parlamenti cümə axşamı Viktor Yuşşenkonun xalq deputatlarının növbədənkənar seçkiləri haqqında 26 aprel tarixli sərəncamını yerinə yetirməyi qadağan edib. Bu qərarı bu gün lazım olan 226 səs üçün 260 xalq deputatı qəbul edib. Onlar prezidentin sərəncamını "qanuni əsasların olmaması ilə bərabər" dərc olunan kimi qəbul edib.

Politoloq həmçinin prezidentin istefasını tələb edənlərin toplanmasını da istisna etmir. "Hazırda parlamentin mövqeyi əvvəl tutduğu mövqeyə bənzəyir. Seçkilər haqqında qərar konstitusiya məhkəməsinin müvafiq qiymətləndirməsindən sonra qəbul olunacaq. Konstitusiya məhkəməsinin bu iki sərəncamı baxılmaq üçün bir kargüzarlıqda birləşdirmək üçün bütün əsasları var", - deyə Yermolayev zənn edir.

Onun fikrincə, problem prezidentin parlamenti, həmçinin koalisiyanı Konstitusiyanı həm formalaşdırılan zaman, həm də fəaliyyəti dövründə pozmaqda ittiham etməsidir. "Bununla belə, deputatlar əsaslı olaraq prezidentin iki il ərzində konstitusiyanı dəfələrlə pozmasını göstərir, lakin məsələ bu vaxta qədər qaldırılmayıb, çünki məsələlər siyasi yolla həll olunub. İndi görünür ki, parlamentin cavab hərəkətlərindən ehtiyatlanan prezident tələsik olaraq onun reabilitasiyasına yönələn bir sıra qərarlar qəbul edir", - deyə Yermalov bildirib. Məsələn, Viktor Yuşşenko yarım il dövlət administrasiyasının rəhbərlərindən birinin bərpa olunması ilə bağlı məhkəmənin qərarına etinasız yanaşıb və bu ittihamlar mütəmadi olaraq prezidenti tənqid edilən zaman xatırlanıb. Hazırda o, 26 aprel tarixli sərəncam qəbul edib, həmçinin iki il ərzində özünün əvvəlki səhvlərinə görə reabilitasiya olunmağa çalışaraq bir sıra qərarlar qəbul edir. Politoloq hesab edir ki, bu, gözdən yayına bilməz.

Növbədənkənar seçkilər məsələsi ilə paralel olaraq Yermolayev iki il ərzində prezidentin konstitusiyanı dəfələrlə pozması məsələsinin qoyulması mümkünlüyünü də istisna etmir. "İnanıram ki, ikinci sərəncamdan sonra bir yol var - konstitusiya məhkəməsinin parlamentin buraxılması ilə bağlı məsələdə prezidentin mövqeyinin nə qədər əsaslı olması ilə bağlı qiymətləndirməsini eşitmək və problemin nizama salınmasının siyasi yollarını, dialoq yolunu axtarmaqdır. Bir çox ukraynalı politoloqlar anlayır ki, yaranmış vəziyyətdə parlamentdə işləmək mümkün deyil, daha dəqiqi, çətindir. Seçkilər haqqında qərarlar qəbul etmək həm hüquqi planda, həm də siyasi təsdiq planında legitimdir. Seçkilərin real müddətinin müəyyən edilməsi haqqında qərar, bütün qanuni prosedurlara riayət edərək, eyni zamanda həm prezident, həm də parlament tərəfindən qəbul olunmalıdır. Fikirləşirəm ki, iyunun 24-də seçkilər baş tutmayacaq, seçkilərin tarixi məsələsi isə kompromis məsələsidir. Bu, ya payızda, ya da 2008-ci ilin yazında mümkündür", - deyə Trend ə "Sofiya" Sosial Araşdırmalar Mərkəzinin direktoru Andrey Yermolayev bildirib.

Xəbər lenti

Xəbər lenti