...

Azərbaycan prezidenti Mstislav Rostropoviçin vəfatı ilə bağlı başsağlığı verib

Siyasət Materials 27 Aprel 2007 19:12 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend E.Hüseynov/Azərbaycan prezidenti İlham Əliyev cümə günü dünya musiqi mədəniyyətinin görkəmli nümayəndəsi Mstislav Rostropoviçin vəfatı ilə bağlı başsağlığı verib.

Musiqiçinin həyat yoldaşı Qalina Vişnevskayaya müraciətdə deyilir: "Mstislav Rostropoviçin adı dünyanın musiqi sənəti xəzinəsinə dünya şöhrətli musiqiçi-ifaçı, dahi violonçelçi, dirijor, planetin ən yaxşı simfonik orkestrləri ilə triumfal çıxışçı kimi əbədi daxil olub.

Mstislav Rostropoviç həqiqətən də dünyanın vətəndaşı, görkəmli ictimai xadim, hər zaman və hər yerdə humanizmin ən yüksək idealları və ümuminsan dəyərlərinə sadiq qalan yüksək əxlaqlı insan olub. O, əbədi olaraq bizim xatirəmizdə parlaq, qeyri-adi şəxsiyyət, gözəl, olduqca valehedici və çox yaxşı insan kimi qalacaq".

Mstislav Rostropoviç 27 mart 1927-ci ildə Bakıda violonçelçi Leopold Vitoldoviç Rostropoviçin ailəsində anadan olub. O, bu gün Moskvada 81 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib. Rostropoviçin dəfn mərasimi aprelin 29-da Moskvada "Xristos Spasitel" kilsəsində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti