...

Azərbaycanın və Gürcüstanın baş prokurorları əməkdaşlıq haqqında saziş imzalayıblar

Siyasət Materials 1 May 2007 14:59 (UTC +04:00)
Azərbaycanın və  Gürcüstanın baş prokurorları  əməkdaşlıq haqqında saziş imzalayıblar

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Azərbaycan Baş Prokurorluğu ilə Gürcüstanın Baş Prokurorluğu arasında əməkdaşlıq barədə saziş imzalanıb. Sazişi Azərbaycanın baş prokuroru Zakir Qaralov və Gürcüstanın baş prokuroru Zurab Adeşvili imzalayıb. Sənəddə hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi nəzərdə tutulub.

Baş prokurorun birinci müavini Rüstəm Usubov çərşənbə axşamı bildirib ki, bu gün Gürcüstanın baş prokuroru ilə Qaralovun görüşü olub. Həmçinin hər iki ölkənin müvafiq qurumları arasında sazişin 1993-cü ildə imzalandığını deyən Usubov bu sənədin təzələnməsinə ehtiyac olduğunu vurğulayıb.

.

Xəbər lenti

Xəbər lenti