...

Parlamentin İntizam Komissiyası deputat Fəzail Ağamalıya verilən töhmətə yenidən baxacaq

Siyasət Materials 1 May 2007 18:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalının üzərindəki töhmətin götürülməsilə bağlı Milli Məclisin İntizam Komissiyasına təqdim etdiyi ərizəyə baxılacaq. Bu barədə çərşəndə axşamı Bakıda Milli Məclisin İntizam Komissiyasının sədri, millət vəkili Ağacan Əbiyev məlumat verib.

Komissiya sədri qeyd edib ki, F.Ağamalı ilə bağlı məsələ yenidən müzakirəyə çıxarılacaq.

Onun sözlərinə görə, komissiyanın qərarının necə olacağını, töhmətin götürülüb-götürülməyəcəyini indidən demək olmaz: "Çünki orda məndən başqa 7 nəfər var. Gərək onlar da öz fikrini bildirsin. Çünki bu, bir nəfərin iradəsilə həll olunan məsələ deyil". F.Ağamalının dava etdiyi deputat Hüseyn Abdullayevin məsələsinə gəldikdə, Əbiyev bildirib ki, bundan xəbərsizdir: "Mən onunla bağlı məsələyə yenidən qayıdılıb-qayıdılmayacağını bilmirəm. Bu barədə qəzetlərdən oxuyuram".

Aprelin 16-da Milli Məclisin iclasında deputatlar Fəzail Ağamalı ilə Hüseyn Abdullayev arasında əlbəyaxa dava baş verib. Bu məsələyə görə H.Abdullayev həbs olunub, Fəzail Ağamalıya isə töhmət verilib.

Xəbər lenti

Xəbər lenti