...

Azərbaycan və Belarus 10 saziş imzalayıb

Siyasət Materials 2 May 2007 18:35 (UTC +04:00)
Azərbaycan və Belarus 10 saziş imzalayıb

Azərbaycan,Bakı/müxbir Trend A.İsmayılova/Azərbaycan və Belarus hökumətləri çərşənbə günü Bakıda qarşılıqlı əməkdaşlıq barədə 10 saziş imzalayıb.

2007-2010-cu illər üçün Azərbaycan və Belarus arasında Milli Elmlər Akademiyaları sahəsində əməkdaşlıq üzrə; hər iki ölkənin milli bankları arasında; dövlət əmlakı üzrə komitələr arasında, standartlaşdırma, metrologiya və patent üzrə agentliklər arasında; baytarlıq, karantin və bitkilərin mühafizəsi; məxfi informasiyaların birgə mühafizəsi sahəsində; əmək fəaliyyəti haqqında, Azərbaycanda müvəqqəti yaşayan Belarus vətəndaşlarının sosial müdafiəsi və Belarusda müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarının sosial müdafiəsi sahəsində sazişlər imzalanıb.

Azərbaycan və Belarus prezidentləri həmçinin "Dostlluq və əməkdaşlıq haqqında" müqavilə imzalayıblar.

Xəbər lenti

Xəbər lenti