...

Parlamentdə "Hüquqi şəxslərin cinayət məsuliyyəti haqqında" yeni qanun layihəsi hazırlanır

Siyasət Materials 3 May 2007 17:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsində "Hüquqi şəxslərin cinayət məsuliyyəti haqqında" yeni qanun layihəsi hazırlanır. Bu barədə cümə axşamı Bakıda Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov məlumat verib.

O bildirb ki, qanun layihəsi üzərində iş davam etdirilir.

"Milli Məclis fiziki şəxslərin cinayət məsuliyyəti haqqında" qanun qəbul edib. İndi isə "Hüquqi şəxslərin cinayət məsuliyyəti haqqında" qanun layihəsi üzərində işləyirik. Çalışacağıq ki, tez bir zamanda layihəni müzakirəyə təqdim edək. Yəqin ki, 2007-ci il ərzində qanun müzakirəyə çıxarılacaq", -deyə Kərimov vurğulayıb.

Onun sözlərinə görə, layihə üzərində iş başa çatdırıldıqdan sonra ekspertiza üçün müvafiq qurumlara və beynəlxalq təşkilatlara göndəriləcək.

Xəbər lenti

Xəbər lenti