...

Azərbaycanın Penitensiar Xidmətinin əməkdaşları üçün yeni geyim formaları hazırlanacaq

Siyasət Materials 7 May 2007 11:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidmət əməkdaşlarının yeni geyim formaları ilin sonunadək hazırlanacaq. Bu barədə Trend ə bazar ertəsi eksklüziv açıqlamasında ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov məlumat verib. Nazir müavini bildirib ki, Xidmətin əməkdaşlarının yeni geyim formaları Ədliyyə Nazirliyinin əməkdaşlarının geyim formalarına uyğun olaraq göy rəngdə nəzərdə tutulub. Yalnız Mühafizə Alayının əməkdaşlarının geyimləri hərbi formada olacaq.

Ələkbərovun sözlərinə görə, hazırda yeni geyim formalarının hazırlanması istiqamətində işlər aparılır: "Yeni geyim formaları, strukturla bağlı əsasnamələr qəbul olunmalıdır. Geyimlərin ilin sonunadək hazırlanmasına çalışacağıq".

Penitensiar Xidmət əməkdaşlarının hazırki geyimləri isə hərbi formadadır.

Xəbər lenti

Xəbər lenti