...

Azərbaycan prezidentinin Misirə səfəri davam edir

Siyasət Materials 7 May 2007 11:55 (UTC +04:00)

Azərbaydjan, Bakı / Trend / Azərbaycan prezidenti İlham Əliyev bazar günü Qahirədə Misir Ərəb Respublikasının prezidenti Hüsni Mübarəklə təkbətək və genişləndirilmiş formatda görüş keçirib.

Görüşdə iki ölkə arasındakı əlaqələr müzakirə olunub. Qeyd edilib ki, Əliyevin Misirə səfəri ikitərəfli münasibətlərin inkişafı üçün imkanlar yaradacaq.Söhbət əsnasında Azərbaycanla Misir arasındakı əlaqələrin, iqtisadi-siyasi əməkdaşlığın və digər sahələrdəki ilişgilərin müvəffəqiyyətlə inkişaf etdiyi vurğulanıb. Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində aparılan əməkdaşlığın yüksək səviyyədə olduğunu önə çəkib. Qeyd olunub ki, iqtisadi sahədəki əlaqalərin genişləndirilməsi üçün böyük potensial mövcuddur, onun effektiv istifadəsi hər iki ölkənin marağına cavab verir.Görüşdə həmçinin Dağlıq Qarabağ münaqişəsinə diqqət yetirilib.

Misir prezidenti Mübarək qeyd edib ki, onun ölkəsi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Onun sözlərinə görə, Misir münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində və sərhədlərin toxunulmazlığı prinsipi əsasında həllinə tərəfdardır.

Səfər çərçivəsində Azərbaycan prezidenti Qahirədə "Azhari Şərif" Universitetinin inzibati binasında həmin təhsil ocağının rektoru şeyx Məhəmməd Tantavi ilə görüşüb.

Hazırda digər müsəlman ölkələrindən olan tələbələrlə birlikdə universitetdə 76 azərbaycanlı tələbə təhsil alır. X əsrdə əl-Azhar məscidi nəzdində yaradılan bu təhsil ocağı sonradan öz fəaliyyətini genişləndirərək elmi-dini mərkəzə çevrilib. Universitetdə müsəlman hüququ, teologiya, ərəb dili və səhiyyə fakültələri fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti