...

Azərbaycanın Misirdəki səfirliyinin yeni binasının açılışı olub

Siyasət Materials 7 May 2007 12:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Prezident İlham Əliyev bazar günü Qahirənin ən gözəl rayonlarının birində Azərbaycan səfirliyinin yeni binasının açılışında iştirak edib. Qeyd edək ki, Azərbaycanın Misirdəki səfirliyi 1994-cu ildən fəaliyyət göstərir. Səfirliyin açılışında iştirak edən Misirin baş naziri Əhməd Nazif qeyd edib ki, regionda aktiv siyasət yürüdən Misir bir çox münaqişələrin nizamlanmasında vasitəçi qismində iştirak edir. Ölkəsinin iqtisadi inkişafına gəldikdə isə Nazif Misirin Azərbaycanla iqtisadi sahədə əməkdaşlıq etməkdə maraqlı olduğunu deyərək azərbaycanlı iş adamlarını ölkəsinə dəvət edib.

Öz növbəsində prezident Əliyev misirli həmkarını və bu ölkənin baş nazirini Bakıya səfərə dəvət edib. Dövlət başçısı ümidvar olduğunu bildirib ki, Qahirəyə səfəri zamanı imzalanacaq sənədlər ikitərəfli əməkdaşlığa yeni təkan verəcək.

Misirə rəsmi səfərinin ilk günündə Azərbaycan prezidenti buradakı ehramlarla tanış olub.

Xəbər lenti

Xəbər lenti