...

Lerikin Azərbaycan kəndinin adı dəyişdirilibLerikin Azərbaycan kəndinin adı dəyişdirilib

Siyasət Materials 8 May 2007 19:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında Lerik rayonunun Azərbaycan kəndinin adı dəyişdirilib və kəndin Günəşli adlandırılması haqqında qərar qəbul olunub.

İclasda "Azərbaycan Respublikası Lerik rayonunun Noda kənd inzibati ərazi dairəsi tərkibindəki Azərbaycan kəndinin Günəşli kəndi adlandırılması haqqında" qanun layihəsi müzakirə olunub.

Parlamentin Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə bildirib ki, məsələyə Milli Məclis yanında Toponimiya Komissiyasının martın 27-də keçirilən iclasında baxılıb.

Komissiya sədri bildirib ki, Lerik Rayon İcra hakimiyyəti kəndin adının dəyişdirilməsi təklifi ilə Toponimiya Komissiyasına müraciət edib. Komissiyanın üzvləri rayon ictimaiyyətinin müraciətini müzakirə edərək, bunu müsbət qiymətləndiriblər.

Sonda Lerik rayonunun Azərbaycan kəndinin adı dəyişdirilib və kəndin Günəşli adlandırılması haqqında qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti