...

Azərbaycan və ABŞ iyunda Vaşinqtonda təhlükəsizlik üzrə məsləhətləşmələr keçirəcək

Siyasət Materials 9 May 2007 15:56 (UTC +04:00)
Azərbaycan və ABŞ iyunda Vaşinqtonda təhlükəsizlik üzrə məsləhətləşmələr keçirəcək

Rusiya, Moskva/ Trend müxbir E.Hüuseynov, R.Ağayev/ Təhlükəsizlik üzrə Azərbaycan-Amerika məsləhətləşmələrinin növbəti raundu yəqin ki iyun ayında Vaşinqtonda keçiriləcək. Bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov məlumat verib.

O qeyd edib ki, bu istiqamətdə danışıqlar aparılır: "Hesab edirəm ki, növbəti raund iyun ayında olacaq, amma dəqiq tarix isə daha sonra müəyyən olunacaq".

Təhlükəsizlik üzrə Azərbaycan-Amerika məsləhətləşmələri aprelin 23-25-də Vaşinqtonda keçirilməli idi, amma bu rəsmi Bakı tərəfindən təxirə salınmışdı. Səbəb isə ABŞ Dövlət Departamentinin insan haqları ilə bağlı hazırladığı hesabata edilmiş dəyişiklik idi. Belə ki, martın 6-da nəşr olunmuş hesabatda Ermənistanda insan haqları ilə bağlı məsələdə ilk növbədə Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf 7 rayonun işğal faktı öz əksini tapmışdı. Aprelin 20-də isə hesabatda Ermənilərin Azərbaycan ərazilərinin işğalı ilə balğlı olan hissənin ifadə forması dəyişdirilmişdi. ABŞ-ın rəsmi nümayəndələri dəyişikliyi öz əvvəlki mövqeləri ilə əsaslandırdılar. Bu dəyişikliklə əlaqədar olaraq rəsmi Bakı təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Əzimovun rəhbərlik etdiyi hökumət nümayəndə heyətinin ABŞ-a səfərini təxirə salmmışdır. Aprelin 25-də Dövlət Departamenti hesabatı ilkin variantına qaytaradıqdan sonra tərəflər məsləhətləşmələrin növbəti raundunun yeni tarixini razılaşdırmağa başlayıblar.

Xəbər lenti

Xəbər lenti