...

Səfir: Azərbaycan, Ukrayna və Gürcüstan prezidentləri GUAM dövlət başçılarının qarşıdakı sammitini müzakirə ediblər

Siyasət Materials 11 May 2007 18:08 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Azərbaycan, Ukrayna və Gürcüstan prezidentləri cümə günü Polşanın Krakov şəhərində iyunun 19-da Bakıda keçiriləcək GUAM dövlət başçılarının sammitini müzakirə edib. Bu barədə telefon vasitəsilə Krakovdan Azərbaycanın Polşadakı səfiri Vilayət Quliyev məlumat verib.

İlham Əliyev, Viktor Yuşşenko və Mixail Saakaşvili qarşıdan gələn sammitdə qəbul olunması gözlənilən sənədlər üzrə fikir mübadiləsi aparıblar. Prezidentlər GUAM çərçivəsində əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb, təşkilat çərçivəsində reallaşdırılması nəzərdə tutulan layihələr, həmçinin təşkilatın özünün inkişaf perspektivləri üzrə məsləhətşləşmələr aparıb, deyə səfir məlumat verib.

Görüş Azərbaycan, Gürcüstan, Ukrayna, Polşa və Litva dövlət başçılarının Polşa prezidentinin təşəbbüsü ilə bu gün Krakovda baş tutmuş energetika sammitində iştirakı çərçivəsində keçib.

Xəbər lenti

Xəbər lenti