...

Batumidəki rus hərbi bazasından hərbi texnika yüklənmiş eşalon Azərbaycan vasitəsilə çıxarılacaq

Siyasət Materials 14 May 2007 13:05 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ Mayın 15-də Batumidəki rus hərbi bazasından hərbi texnika ilə dolu növbəti eşalon yola düşəcək. Gürcüstan Müdafiə Nazirliyindən verilən məlumata görə, bu, bu il Azərbaycan vasitəsi ilə Gürcüstanı tərk edəcək ilk eşalon olacaq.

Qeyd edək ki, mayın 13-dək rus hərbi texnikası ilə yüklü 4 avtokolon Axalkalaki bazasından yola düşüb. Müvafiq əmlak Rusiyanın Gümrüdəki (Ermənistan) hərbi bazasına daşınıb.

Batumidən yola salınacaq eşalon isə Azərbaycan vasitəsilə Rusiyaya gedəcək.

Rus qoşunları Gürcüstanı 2008-ci ilin sonlarınadək tam tərk etməlidir.

Xəbər lenti

Xəbər lenti