...

Azərbaycan prezidenti Bolqarıstanın ədliyyə nazirini qəbul edib

Siyasət Materials 15 May 2007 20:36 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/ Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Bolqarıstanın ədliyyə naziri Georgi Petkanovu qəbul edib. Bu barədə Trend AzTV-yə istinadən xəbər verir.

Azərbaycan prezidenti iki ölkə arasında münasibətlərin dinamik inkişafından məmnun qaldığını, beynəlxalq təşkilatlar çərçivəsində ölkələrin uğurla əməkdaşlıq etdiyini, dövlət başçılarının qarşılıqlı səfərlərinin əməkdaşılığın daha da intensiv inkişafına kömək etdiyini bildirib.

Qonaq ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa maraq göstərdiyini, ədliyyə nazirlikləri arasındakı münasibətlərin də bu əlaqələrin inkişafına xidmət etdiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti