...

Qoşunların təmas xəttində növbəti monitorinq insidentsiz ötüşüb

Siyasət Materials 16 May 2007 14:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycanın Ağdam rayonunun Çəmənli kəndi yaxınlığında qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb. Bu barədə çərşənbə günü Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Səfərov məlumat verib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Piter Ki və Miroslav Vımetal keçiriblər.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Günter Folk və Jaslan Nurtazin keçiriblər.

Xəbər lenti

Xəbər lenti