Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Yanvar-aprel ayları ərzində Azərbaycanda qeyri-metal mineral maddələrin istehsalı 66,4 faizə qalxıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əsas istehsal olunan məhsullar - sement, kərpiç, əhəng, tikinti şuşəsinin buraxılışı artıb.
Hazırda tikinti materiallarının 94 faizi özəl sektorda istehsal olunur.
| Məhsulun növləri | İstehsalın həcmi(yanvar-aprel 2007-ci il) | % ötən illə müqayisə | 1 may 2007-ci ilə hazır məhsul ehtiyyatı |
| Sement, əhəng və gips istehsalı | |||
| Sement (min ton) | 450,2 | 99,6 | 11 |
| Yikinti gips (min ton) | 4808,2 | 54,3 | 186,3 |
| Tikinti əhəngi (min ton) | 100 | 18,7 | 15 |
| Sement tikinti konstruksiyaları (min kubmetr) | 14,4 | 2,8 | 6,2 |
| Sement yaxud betondan tikinti blokları (ton) | 1917,5 | 141,9 | 549,9 |
| Hazır beton qarışığı (min ton) | 510,3 | 94,8 | - |
| Asbest-sement piltə (şifer) (min kvadrat metr) | 210,3 | 3,9 | 395,3 |
| Asfalt (min ton) | 46 | 68,5 | - |