...

Fransa Senatının nümayəndə heyətinin Azərbaycana səfər proqramı açıqlanıb

Siyasət Materials 17 May 2007 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin Azərbaycan-Fransa dostluq qrupunun dəvəti ilə mayın 20-də Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Ambruaz Düponun rəhbərliyi ilə nümayəndə heyəti Bakıya ikigünlük səfərə gələcək. Bu barədə cümə axşamı Bakıda Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Gülər Əhmədova məlumat verib.

Millət vəkili qeyd edib ki, nümayəndə heyətinə Düpondan başqa daha üç senator daxildir.

Onun sözlərinə görə, Fransa Senatının nümayəndə heyəti Fəxri Xiyabanda eks-prezident Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcək, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva, Milli Məclis rəhbərliyi və Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşəcək.

Düponun rəhbərlik etdiyi nümayəndə heyətini prezident İlham Əliyevin də qəbul edəcəyi gözlənilir. "Görüşlərdə iki ölkə arasında mədəni və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün hansı addımların atılmasının mümkünlüyü müzakirə olunacaq" - deyə Əhmədova vurğulayıb.

Xəbər lenti

Xəbər lenti