...

Konsul: MDB dövlət başçılarının sammitində Azərbaycan prezidentinin iştirakı gözlənilir

Siyasət Materials 17 May 2007 17:32 (UTC +04:00)
Konsul: MDB dövlət başçılarının sammitində Azərbaycan prezidentinin iştirakı gözlənilir

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycan prezidenti İlham Əliyevin 10 iyunda Sankt-Peterburqda keçiriləcək MDB dövlət başçılarının sammitində iştirak edəcəyi gözlənilir. Bu barədə məlumatı cümə axşamı telefonla Azərbaycanın Sankt-Peterburqdakı konsulu Qüdsi Osmanov verib.

Diplomat bildirib ki, Baş konsulluq dövlət başçısının görüşlərinə hazırlıq üzərində işləyir.

Onun sözlərinə görə, Azərbaycan prezidenti həmçinin Rusiya prezidenti Vladimir Putin tərəfindən 8-10 iyun tarixlərində Sankt-Peterburqda keçiriləcək XI Peterburq Beynəlxalq İqtisadi Forumuna dəvət olunub. Baş konsulun sözlərinə görə, Azərbaycan prezidenti forumda iştirak edəcək.

Forumun təşkilatçılığını Peterburq və RF Iqtisadi Inkişaf və Ticarət nazirliklərinin rəhbərliyi altında Sankt-Peterburq administrasiyasının yardımı ilə "Peterburq beynəlxalq iqtisadi forumu" Fondu həyata keçirir. Forumun əsas məqsədi dünya ictimaiyyətinin işgüzar, siyasi və intellektual liderləri arasında əməkdaşlığın inkişafına yardım etmək, dünya iqtisadiyyatının inkişafında qlobal problemlərin müzakirə və həll edilməsidir.

Xəbər lenti

Xəbər lenti