...

Azərbaycanda bu il qanunsuz dövriyyədən 240 kiloqrama yaxın narkotik maddə çıxarılıb

Siyasət Materials 18 May 2007 17:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir, K. Zərbaliyeva/ Azərbaycanda cari ilin 4 ayında narkotiklərlə bağlı 972 cinayət hadisəsi qeydə alınıb. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasından cümə günü Trend ə verilən məlumata görə, cinayətlərin 627-si narkotiklərin saxlanılması, 327-si satışı, 19-u isə əkini ilə bağlıdır.

Bu müddətdə qanunsuz dövriyyədən 239 kq 790 qram müxtəlif növ narkotik vasitə çıxarılıb. Qanunsuz dövriyyədən çıxarılan narkotiklərin 157 kiloqrama yaxını həşiş, 41 kiloqramı marixuana, 24 kiloqrama yaxını heroin, 19 kiloqrama yaxını tiryək olub.

Xəbər lenti

Xəbər lenti