...

Novruz Məmmədov: "Fransanın yeni prezidentindən inqilabi bir dəyişiklik gözləməyə dəyməz" (video)

Siyasət Materials 21 May 2007 15:24 (UTC +04:00)
Novruz Məmmədov: "Fransanın yeni prezidentindən inqilabi bir dəyişiklik gözləməyə dəyməz" (video)

Trend in Azərbaycan Prezidenti Aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovla müsahibəsindən hissə

- Bu günlərdə Minsk qrupu üzvlərindən biri olan Fransanın yeni prezidenti seçildi. Nikola Sarkozinin hakimiyyəti dövründə Azərbaycanla Fransa arasında əməkdaşlıq perspektivlərini necə görürsüz?

- Mən düşünürəm ki, Azərbaycanla Fransa arasında olan münasibətlər, onların bugünkü durumu və gələcək perspektivləri fundamental müstəvi uzərində qurulub və bu, hər iki xalqın, hər iki ölkənin qarşılıqlı mənafelərinə cavab verdiyi üçün dəyişməz qalacaq.

Düzdür, yeni prezidentin seçilməsi ərəfəsində, elə indi də müxtəlif fikirlər söylənilir, proqnozlar verilir, amma xalqlarımız, dövlətlərimiz arasında olan münasibətlər əsas xətti dəyişməyəcək. Prezident Sarkozinin yeni hökuməti təşkil etməsində bu fikirlər özünü doğruldur. Eyni zamanda, Sarkozinin özündən də bununla bağlı inqilabi bir dəyişiklik gözləməyə dəyməz.

Xəbər lenti

Xəbər lenti