...

Azərbaycan prezidenti Gürcüstan prezidentini təbrik edib

Siyasət Materials 25 May 2007 20:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir P.Əmircanov/ Azərbaycan prezidenti İlham Əliyev Gürcüstan prezidenti Mixail Saakaşvilini ölkəsinin Milli bayramı - Müstəqillik günü münasibətilə Azərbaycan xalqı və şəxsən öz adından təbrik edib. Təbrik məktubunda Azərbaycan prezidenti iki qonşu ölkənin dövlətlərarası münasibətlərinin getdikcə inkişaf etdiyini və dərinləşdiyini bildirib, transmilli enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində uğurlu qarşılıqlı fəaliyyət, regional və beynəlxalq qurumlarda fəal əməkdaşlıq və qarşılıqlı dəstəyin bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti