...

Nazir müavini: "İKT-nin adı qurumun XİN başçıları Şurasının növbəti iclasında dəyişdiriləcək" (video)

Siyasət Materials 29 May 2007 15:13 (UTC +04:00)
Nazir müavini: "İKT-nin adı qurumun XİN başçıları Şurasının növbəti iclasında dəyişdiriləcək" (video)

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ 2008-ci ildə Uqandada keçiriləcək İslam Konfransı Təşkilatının (İKT) XİN başçıları Şurasının iclasında qurumun adına dəyişiklik ediləcək. Bu barədə çərşənbə axşamı Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıxov məlumat verib. Qeyd edək ki, həmin vaxt İKT-dəki sədrliyi Pakistan Uqandaya təhvil verəcək.

Sadıxovun sözlərinə görə, qurumun adının dəyişdirilməsi İKT XİN başçıları Şurasının mayın 15-17-də İslamabadda keçirilən toplantısında nəzərdə tutulurdu. Lakin İKT-nin yeni Nizamnamə layihəsi (paralel olaraq həmin sənədin qəbulu da planlaşdırılırdı) sonadək işlənilmədiyi üçün məsələ təxirə salınıb. Xatırladaq ki, İKT Nizamnaməsi 1972-ci ildə qəbul olunub. İKT dövlət başçılarının 2005-ci ildə Məkkədə keçirilən sammitində yeni Nizamnamənin hazırlanması ilə bağlı qərar qəbul edilib. Elə bu məqsədlə müvafiq işçi qrup da yaradılmışdır.

Sadıxov eyni zamanda yeni Nizamnamənin qəbulunun və qurumun adının dəyişdirilməsinin İKT dövlət başçılarının 2008-ci ilin martın 17-18-də Seneqalın paytaxtında keçirilməsi nəzərdə tutulan iclasında baş verəcəyini də istisna etməyib.

Xəbər lenti

Xəbər lenti