...

YAP icra katibinin müavini : "Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklik edilməlidir"

Siyasət Materials 31 May 2007 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ "Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklik edilməlidir. Bu təkliflə Milli Məclisin cümə axşamı keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov çıxış edib.

Novruzov qeyd edib ki, dini fəaliyyət sahəsində müəyyən problemlər müşahidə olunur. O, diqqəti azanın səsgücləndiricilər vasitəsilə verilməsi məsələsi ətrafında yaranmış problemə cəlb edib. "Hesab edirəm ki, mollaların attestasiyası keçirilməlidir. Cünki məclisləri onlar idarə edirlər. Hazırda Azərbaycanda müxtəlif sahələrdə işçilərin attestasiyası aparılır. Bu dini sahədə çalışanlara da şamil edilməlidir" - deyə Novruzov əlavə edib. O təklif edib ki, bunun üçün Milli Məclisin payız sessiyasında "Dini etiqad azadlığı haqqında" qanuna yenidən baxılsın.

Xəbər lenti

Xəbər lenti