...

Birinci vitse-spiker: "Milli Məclisin yaz sessiyasının müddəti uzadılacaq"

Siyasət Materials 31 May 2007 16:09 (UTC +04:00)
Birinci vitse-spiker: "Milli Məclisin yaz sessiyasının müddəti uzadılacaq"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin yaz sessiyasının müddəti uzadılacaq. Bu barədə cümə axşamı Bakıda Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov məlumat verib.

Əsgərov qeyd edib ki, sessiyanın müddətinin nə qədər uzadılacağı dəqiq məlum deyil.

O, bunun üçün parlamentin xüsusi qərar qəbul etməsinə ehtiyac olmadığını əlavə edib. Bildirib ki, qanunvericiliyə əsasən, 42 millət vəkilinin müraciəti əsasında parlamentin sessiyasının müddəti artırıla bilər: "Artıq 42 deputatın Milli Məclisin yaz sessiyanın müddətinin uzadılması ilə bağlı müraciəti var".

Birinci vitse-spiker əlavə edib ki, yaxın vaxtlarda Milli Məclisdə səlahiyyət müddəti başa çatmış hakimlərin yenidən təsdiq edilməsi məsələsinə də baxılacaq.

Milli Məclisin daxili Nizamnaməsinə əsasən, qanunverici orqanın yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-də başa çatır.

Xəbər lenti

Xəbər lenti