...

Səfir: "Azərbaycan və İran hərtərəfli əlaqələrinin bundan sonrakı inkişafı üçün İran bütün mümkün olanları etməyə hazırdır" (video)

Siyasət Materials 4 İyun 2007 20:06 (UTC +04:00)
Səfir: "Azərbaycan və İran hərtərəfli əlaqələrinin bundan sonrakı inkişafı üçün İran  bütün mümkün olanları etməyə hazırdır" (video)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynov/ Azərbaycan və İran arasında siyasət, iqtisadiyyat və mədəniyyət sahəsində hərtərəfli əlaqələrin bundan sonrakı inkişafı üçün İran bütün mümkün olanları etməyə hazırdır. Bunu bazar ertəsi İran İslam Respublikasının Azərbaycandakı səfiri Nasir Həmidi Zare bildirib.

Özünün ilk mətbuat konfransında səfir ikitərəfli əməkdaşlığın inkişafı və əlaqələrin genişləndirilməsi istiqamətində atılmış addımlardan razılığını ifadə edib. Onun sözlərinə görə, İran prezidenti Mahmud Əhmədinejadın Azərbaycana planlaşdırılan rəsmi səfəri də bu məqsədlərə yardım edəcək.

Səfir səfərin tarixi barədə məlumat verməyərək, bunun iki ölkənin protokol xidmətləri tərəfindən müəyyənləşdiriləcəyini söyləyib. Həmidi Zare qeyd edib ki, bu cür görüşlər olub və gələcəkdə də davam edəcək.

Səfər çərçivəsində imzalanacaq sənədlərlə bağlı isə səfir bidirib ki, indiyə qədər İran və Azərbaycan arasında bir çox ikitərəfli sənədlər imzalanıb, amma inkişaf edən əlaqələr bunların yenidən baxılmasını tələb edir.

Səfir İran vətəndaşlarının Amerikanın mümkün hücum təhlükəsi ilə əlaqədar kütləvi şəkildə Azərbaycana meyl etməsi fikirlərini təkzib edib.

İran xüsusi xidmət orqanlarının Bakıda bir sıra ali dövlət qurumlarının binalarını partlatmaq istəkləri barədə bir sıra Azərbaycan KİV-ləri tərəfindən yayılan xəbərləri isə Həmidi Zare yalan adlandırıb. O, bu cür məlumatları müsəlman dövlətlərini terrorçu kimi təqdim etmək istəyən qüvvələrin yaydığını bildirib.

Xəbər lenti

Xəbər lenti