...

Səfir: "İran Azərbaycanla digər sərhəd məntəqələrində də vizasız rejim tətbiq etməyə hazırdır"

Siyasət Materials 4 İyun 2007 20:13 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynov/ Azərbaycan tərəfi razılıq verəcəyi təqdirdə İran Naxçıvan Muxtar Respublikası ilə olduğu kimi, Azərbaycanla həmsərhəd digər keçid məntəqələrində də vizasız rejim tətbiq etməyə hazırdır. Bu barədə bazar ertəsi mətbuat konfransında İran İslam Respublikasının Azərbaycandakı səfiri Nasir Həmidi Zare bildirib.

O, bu yaxınlarda Naxçıvanda şəxsən olduğunu, sərhəd məntəqəsinin fəaliyyətindən və sərhədyanı əməkdaşlıqdan razı qaldığını qeyd edib.

Səfirin sözlərinə görə, Azərbaycan və İran XİN-ləri arasında hələ 12 il bundan əvvəl viza rejiminin sadələşdirilməsi haqqında sənəd imzalanıb. Diplomat qeyd edib ki, İran vizasız gediş-gəliş rejimini İran-Azərbaycan sərhədi yaxınlığında yaşayan əhali üçün həm Culfada, həm də digər sərhəd keçid məntəqələrində tətbiq etməyə hazırdır.

Həmidi Zare həmçinin Azərbaycanın digər rayonları - Astara və Biləsuvarda olan sərhəd məntəqələrindəki vəziyyətdən razılığını bildirib. Qeyd edib ki, bu sərhəd məntəqələrinə də baş çəkib və hər iki tərəfdən inkişafın şahidi olub.

Xəbər lenti

Xəbər lenti