...

Azərbaycan prezidenti Küveytə rəsmi səfərə dəvət olunub

Siyasət Materials 8 İyun 2007 19:42 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycan prezidenti İlham Əliyev Küveytə rəsmi səfər edəcək. Küveytin əmiri adından dəvəti Əliyevə cümə günü Bakıda rəsmi səfərdə olan Küveytin baş nazir müavini və xarici işlər naziri şeyx Məhəmməd əl-Salim əs-Sabah təqdim edib.

Dövlət başçısı Küveyt və Azərbaycan arasında əlaqələrin uğurlu inkişafını qeyd edərək, bütün sahələrdə, o cümlədən beynəlxalq təşkilatlarda əməkdaşlığın genişlənəcəyinə əminliyini bildirib.

Şeyx Məhəmməd əl-Salim əs-Sabah qeyd edib ki, Küveytin Azərbaycanda səfirliyinin açılması Azərbaycanla əlaqələrə verilən böyük önəmin göstəricisidir. Şeyx ölkələrimiz arasındakı əməkdaşlığın və siyasi dialoqun bundan sonra da inkişaf edəcəyinə ümid etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti