...

YAP siyasi biliklər olimpiadasında qalib gəlmiş gənclərə mükafatlar təqdim edib

Siyasət Materials 11 İyun 2007 15:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Hakim Yeni Azərbaycan Partiyasının (YAP) 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar gənclər arasında keçirdiyi siyasi biliklər olimpiadası başa çatıb. Bazar ertəsi YAP-ın mərkəzi qərargahında qaliblərə mükafatlar təqdim olunub.

Milli Qurtuluş Gününə həsr olunmuş olimpiadada Bakının 11 rayonunu, Sumqayıt şəhərini və Abşeron rayonunu təmsil edən gənclər iştirak ediblər.

Olimpiadaya 390 gənc qatılıb. Onlardan 34 nəfər növbəti mərhələyə keçib. Həmin 34 nəfərin arasından isə üç nəfər qalib seçilib. İki nəfərə isə həvəsləndirici mükafat təyin olunub.

Sonda siyasi biliklər olimpiadasında birinci yeri tutmuş Sevinc Məmmədovaya, ikinci olmuş Ramiz Alıyevə, üçüncü yeri tutan Aygün Allahverdiyevaya və həvəsləndirici mükafat alan Taleh Məmmədov və Asif Hüseynova mükafatlar təqdim olunub.

Xəbər lenti

Xəbər lenti