...

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi noyabr ayına qədər açılacaq

Siyasət Materials 11 İyun 2007 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Ramazanova/ Avropa Birliyinin Azərbaycanda nümayəndəliyinin açılması noyabr ayına qədər baş tutacaq. Bu barədə bazar ertəsi Bakıda jurnalistlərə Avropa Birliyinin Azərbaycandakı səfiri Alan Vadams bildirib.

Onun sözlərinə görə, bu vəzifəyə namizəd seçiləcək. Vadamsın özünün də namizədliyinə baxılacaq.

Səfir bildirib ki, sentyabr ayında əməkdaşlıq üzrə Avropa Komissiyası və Azərbaycanın Xarici İşlər Nazirliyi nümayəndələrinin görüşü planlaşdırılır. Görüşə hazırlıq məsələlərini Vadams bu gün Azərbaycan XİN-də müzakirə edib.

Xəbər lenti

Xəbər lenti