...

Ədalət Partiyasının sədri: "Azərbaycan dövləti Ermənistanı Beynəlxalq Məhkəməyə verməlidir"

Siyasət Materials 12 İyun 2007 13:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan dövləti Dağlıq Qarabağ probleminin həlli üçün Ermənistanı Beynəlxalq Məhkəməyə verməlidir. Bu bəyanatla çərşənbə axşamı Trend ə açıqlamasında Azərbaycanın müxalifdəki Ədalət Partiyasının (ƏP) sədri, millət vəkili İlyas İsmayılov çıxış edib. Onun sözlərinə görə, Dağlıq Qarabağ probleminin həlli istiqamətində ATƏT-in qərarları hüquqi xarakter daşımır və tövsiyə xarakterlidir. Ona görə də Dağlıq Qarabağ problemini ATƏT-in Minsk Qrupu həmsədrləri həll edə bilməz. İsmayılov bildirib ki, bu problem BMT-nin Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılmalıdır.

Partiyanın Dağlıq Qarabağ probleminin həlli ilə bağlı konsepsiyasının olduğunu deyən İsmayılov bildirib ki, partiya bu məsələdə Azərbaycan prezidenti ilə görüşə hazırdır.

ƏP 1995-ci ildə yaranıb. 1996-cı ilin martında Azərbaycan Demokrat Partiyası ilə birləşib və partiyanın sədri İsmayılov seçilib. 2000-ci ilin noyabrında yenidən ADP-dən ayrılaraq ƏP bərpa edilib. Mərkəzçi partiyadır.

Xəbər lenti

Xəbər lenti