...

Parlament sədrinin birinci müavini: "Qəbələ RLS-in birgə istifadəsi Azərbaycanla İran arasında münasibətlərə xələl gətirməyəcək"

Siyasət Materials 13 İyun 2007 14:42 (UTC +04:00)
Parlament sədrinin birinci müavini: "Qəbələ RLS-in birgə istifadəsi Azərbaycanla İran arasında münasibətlərə xələl gətirməyəcək"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Qəbələ Radiolokasiya Stansiyasından ABŞ və Rusiyanın birgə istifadəsi reallaşarsa, bu, Azərbaycanla İran arasında münasibətlərə xələl gətirməyəcək. Bu bəyanatla çərşənbə günü Milli Məclis sədrinin birinci müavini, Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov çıxış edib. Onun sözlərinə görə, stansiya Azərbaycanın müstəsna mülkiyyəti olduğundan, qərarlar Azərbaycanın razılığı olmadan çıxarıla bilməz.

"Qəbələ RLS-in birgə istifadəsi təhlükəsizlik baxımından regionda sabitliyin təmin olunmasına müsbət təsir göstərər. Rusiya ilə Amerika arasında gərginlik mövcuddur. Stansiyanın birgə istifadəsi ilə iki ölkə arasında gərginlik müəyyən dərəcədə səngiyəcəksə, bu, Azərbaycanın ümumqlobal təhlükəsizliyə verəcəyi töhfə olacaq" - deyə Əsgərov əlavə edib.

"Böyük Səkkizlər"in iyunun 7-də Almaniyada keçirilən toplantısı zamanı Rusiya prezidenti Vladimir Putin Qəbələ RLS-in ABŞ-la birgə istifadəsinə dair təkliflə çıxış edib.

Xəbər lenti

Xəbər lenti