...

Sabah Milli Məclisin yaz sessiyası başa çatır

Siyasət Materials 15 İyun 2007 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ İyunun 16-da Milli Məclisin yaz sessiyası başa çatır. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

İyunun 16-da parlamentin növbədənkənar iclası keçiriləcək və bununla da yaz sessiyasına yekun vurulacaq.

İclasda Azərbaycan Respublikası Ali Məhkəməsinə və yeni yaradılan regional apellyasiya məhkəmələrinə- Bakı, Gəncə, Sumqayıt, Əli Bayramlı və Şəki apellyasiya məhkəmələrinə hakimlərin təyin olunması, Ali, Apellyasiya və İqtisad məhkəmələrinin hakimlərin vəzifədən azad olunması məsələsinə baxılacaq.

Qanunvericiliyə əsasən Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-də başa çatır. 42 deputatın müraciəti əsasında parlamentin sessiyasının müddəti artırıla bilər. Belə bir müraciət əsasında yaz sessiyasının müddəti artırılıb.

Qanunverici orqanın payız sessiyası oktyabrın 1-də başlayacaq.

Xəbər lenti

Xəbər lenti