...

Azərbaycan prezidenti Bolqarıstanın vitse-prezidentini qəbul edib

Siyasət Materials 18 İyun 2007 18:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Prezident Sarayında Bolqarıstan Respublikasının vitse-prezidenti Angel Marini qəbul edib. Azərbaycan-Bolqarıstan əlaqələrinin uğurla inkişaf etdiyindən razılığını söyləyən dövlət başçısı bildirib ki, GUAM sammiti, iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri, onların arasında yaranmış dostluq münasibətləri də dövlətlərimizin əlaqələrinin möhkəmlənməsi üçün yaxşı bazadır.

Bolqarıstanın vitse-prezidenti Marin GUAM-ın Bakıdakı zirvə görüşündə ölkəsinin nümayəndə heyətinin iştirakından məmnun qaldığını bildirib və əlavə edib ki, zirvə görüşündə Bolqarıstanın iştirakı regionun inkişafı ilə bağlı məsələlərdə GUAM-ın rolunun artdığını göstərir.

Xəbər lenti

Xəbər lenti