...

Müxalifət partiyalarından biri yeni birlikdə təmsil olunmaqdan imtina edib

Siyasət Materials 19 İyun 2007 13:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Açıq Cəmiyyət Partiyası müxalifətin yeni məşvərət qurumunun yaradılması prosesində iştirakdan imtina edib. Bu barədə Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazov məlumat verib.

Müsavat, ADP, Tərəqqi, ASDP, AMİP rəhbərləri və Eldar Namazovun iştirakı ilə müxalifətin yeni Alyansının yaradılması üçün bir neçə dəfə görüş keçirilib. İlk görüşlərdə ACP də təmsil olunub.

Şahbazov bildirib ki, ACP hazırda bütün ictimai-siyasi qüvvələrin növbəti Milli Forumunun keçirilməsinə hazırlaşır, ona görə də müxalifət partiyaları arasında aparılan danışıqlarda iştirak etmir: "Biz müxalifətin xırda bloklarının yaradılmasına deyil, hamının birgə müzakirə apardığı Milli Forumun keçirilməsinə üstünlük veririk. Hesab edirik ki, müxalifətin yeni siyasi birlikləri yaransa belə, hazırkı ictimai, siyasi vəziyyəti dəyişdirmək gücündə olmayacaq. Ona görə də ACP öz potensialını yalnız bütün siyasi qüvvəlirin birgə forumuna yönəldir" - deyə ACP sədri qeyd edib.

Şahbazov bildirib ki, ikinci Milli Forumun keçirilməsi ilə bağlı 20 siyasi partiya və qeyri-hökumət təşkilatına müraciət ünvanlayıb. Partiyalarla müzakirələrdən sonra forumun günü təyin ediləcək.

Sağ mərkəzçi, müxalifətyönlü ACP bu ilin aprelində təsis olunub. Partiyanın lideri Azərbaycanın eks-spikeri, hazırda mühacirətdə yaşayan Rəsul Quliyevdir. Bu ilin fevralınadək ADP-nin sədri olmuş Quliyev və onun tərəfdarları etiraz olaraq ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Pariyasını yaradıblar.

Xəbər lenti

Xəbər lenti