...

Rusiya ilə Azərbaycan Qəbələ RLS ilə bağlı razılaşmaya dair protokol imzalayıblar

Siyasət Materials 20 İyun 2007 13:29 (UTC +04:00)
Rusiya ilə Azərbaycan Qəbələ RLS ilə bağlı razılaşmaya dair protokol imzalayıblar

Azərbaycan, Bakı /müx. Trend E.Hüseynov/ Rusiya ilə Azərbaycan Qəbələ RLS-in statusu, prinsipləri və istismar şərtlərinə dair sazişin icrası üçün səlahiyyətli nümayəndələrin statusu ilə bağlı hökumətlərarası protokola imza atıblar. "RBK"nın verdiyi məlumata görə, sözügedən sənədi çərşənbə günü Moskvada MDB dövlətlərinin müdafiə nazirlərinin toplantısından öncə Rusiya müdafiə naziri Anatoli Serdyukovla Azərbaycan müdafiə naziri Səfər Əbiyev imzalayıb. Sənədin mətni açıqlanmır.

Rusiya Azərbaycanda ballistik raketlərin izlənməsi sisteminin tərkib hissələrindən biri olan Qəbələ RLS-i icarə əsasında istifadə edir. Azərbaycanın şimal-qərb hissəsində yerləşən stansiya sovet vaxtında SSRİ raketəleyhinə sisteminin ən vacib elementi kimi inşa edilib. Azərbaycan müstəqillik əldə etdikdən sonra stansiya onun mülkiyyətinə keçib, lakin Rusiya Azərbaycanın daxili siyasi həyatında baş verənlərə baxmayaraq, stansiyadan istifadə etməkdə davam edib.

Qəbələ RLS-in 10 il müddətinə icarəsini nəzərdə tutan razılaşma 2002-ci ildə imzalanıb. RLS-lə bağlı məsələ dəfələrlə daxili siyasi debatların, ö cümlədən Azərbaycan parlamentində keçirilən debatların mövzusu olub. 2006-cı ilin əvvəlindən Azərbaycan tərəfi illik icarə haqqının 7-dən 14,4 milyon dollaradək qaldırılması məsələsini gündəmə gətirib.

2007-ci il iyunun 7-də G8 sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin ABŞ-a Qəbələ RSL-dən birgə istifadəni təklif edib. O, bu təklifin ABŞ-ın Polşa və Çexiya ərazisində PRO sisteminin elementlərinin yerləşdirilməsi planlarından üstünlüyünü önə çəkib. Rusiya prezidenti qeyd edib ki, Qəbələ RLS güman olunan düşmənin raketlərini uçuş trayektoriyasının birinci anında vurmağa imkan yaradacaq. Onun sözlərinə görə, vurulmuş raket qalıqları Avropa şəhərlərinin üstünə yox, dənizə düşəcək.

Xəbər lenti

Xəbər lenti