...

Qanunsuz dövriyyədən çıxarılan narkotik maddələr məhv edilib

Siyasət Materials 26 İyun 2007 12:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbəliyeva/ Bu gün Bakı-Neft Maşınqayırma Zavodunda ötən il ərzində qanunsuz dövriyyədən çıxarılmış və müsadirə olunmuş narkotik maddələr yandırılıb.

Narkomanlığa və narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası hər il respublikanının hüquq-mühafizə orqanları tərəfindən müsadirə edilmiş narkotikləri yandırma üsulu ilə məhhv edir.

Nazirlər Kabinetinin şöbə müdiri Əzim Piriyev jurnalistlərə müsahibəsində bildirib ki, qanunsuz dövriyyədən çıxarılmış 504 kiloqramm narkotik maddə məhv edilib. Məhv edilən narkotikldərin 131 kq marixuana, 104 kq həşiş, 91 kq heroin, 52 teryəkdir və digər narkotik vasitələr. Həmin narkotikdərin qara bazarda qiyməti 6 milyon ABŞ dollarıdır.

Narkotiklərin böyük əksəriyyəti DİN və MTN keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz dövriyyədən çıxarılıb. MTN tərəfindən keçirilən tədbirlərdə 12 fakt üzrə 180 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Tədbirdə Daxili işlər, Milli təhlükəsizlik, Səhiyyə, Təhsil Nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin, QHT-lərin və ictimayyətin nümayəndələrinin iştirakı ilə keçirilib.

Xəbər lenti

Xəbər lenti