...

Qanunsuz dövriyyədən 253 kiloqramm müxtəlif növ narkotik vasitə çıxarılıb

Siyasət Materials 26 İyun 2007 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbəliyeva/ Bu ilin 6 ayı ərzində Milli Təhlükəsizlik Nazirliyi tərəfindən qanunsuz dövriyyədən 253 kiloqramm müxtəlif növ narkotik vasitə çıxarılıb.

MTN-nin əməkdaşı Ramiz Həsənov bildirib ki, həmin narkotiklər 16 fakt üzrə aşkarlanıb. O, ötən illə müqayisədə MTN tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı aşkarlanan faktların sayının artdığını bildirib. Belə ki, ötən il ərzində MTN-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində 12 fakt üzrə 234 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmışdır. MTN əməkdaşı transmilli mütəşəkkil cinayətkarlar tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə uşaqların və qadınların da cəlb edildiyini, bunun çox narahat doğuran fakt olduğunu vurğulayıb. O, bu problemlə mübarizədə gənclər və yeniyetmələrə arasında maarifləndirmə işini təşkilini vacib sayıb.

Xəbər lenti

Xəbər lenti