...

Demokratik İslahatlar Partiyasının sədri beynəlxalq qurumun təmsilçiləri ilə görüşüb

Siyasət Materials 27 İyun 2007 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə Corc Marşall Təhlükəsizlik Təhsili üzrə Avropa Mərkəzinin Beynəlxalq və Təhlükəsizlik Təhsili Kollecinin tədqiqat direktoru, doktor Sabina Kollmer və Kollecin proqram bölməsinin tədqiqatçısı Kai Samulovitzlə görüşüb. Bu barədə çərşənbə günü DİP-dən məlumat verilib.

Görüşdə Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyət, Azərbaycanın Avroatlantik məkana inteqrasiyası, Xəzər dənizi hövzəsində əməkdaşlıq, Ermənistanla Azərbaycan arasındakı münaqişənin həlli yolları və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Asim Mollazadə qonaqlara Demokratik İslahatlar Partiyası və onun həyata keçirdiyi proqramlar barədə məlumat verib.

Xəbər lenti

Xəbər lenti