Volqoqradda Rusiya Federal Təhlükəsizlik Xidməti və Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin nümayəndə heyətlərinin əməkdaşlığın aktual məsələləri üzrə işçi görüşü keçirilir.
İyulun 5-də FTX-nın Volqoqrad vilayəti üzrə idarəsinin mətbuat xidmətindən "REGNUM"a verilən məlumata görə, görüşün gündəliyində beynəlxalq terrorçuluqla mübarizə sahəsində birgə fəaliyyətin təkmilləşdirilməsi və iki ölkənin enerji-yanacaq kompleksləri obyektlərinin təhlükəsizliyinin təmin edilməsi kimi məsələlər dayanır.
Volqoqrad görüşündə Rusiya nümayəndə heyətinə Milli Antiterror Komitəsi aparatının rəhbəri, general-polkovnik Vladimir Bulavin, Azərbaycan nümayəndə heyətinə isə Milli Təhlükəsizlik Nazirliyinin ikinci Baş İdarəsinin rəisi, polkovnik İsmayıl Bağırov rəhbərlik edir.
Güman olunur ki, görüşün yekunlarına dair birgə fəaliyyət məsələləri ilə bağlı niyyət protokolu imzalanacaq.