...

Azərbaycanın Silahlı QüvvələrinəYardım Fonduna 3,5 milyon dollardan artıq vəsait daxil olub

Siyasət Materials 10 İyul 2007 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna iyulun əvəllinə qədər 3 mln. 171min 341manat və 72 min 189 dollar vəsait daxil olub. Bu barədə çərşənbə axşamı Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Silahlı Qüvvələrə Yardım Fondu 2001-ci ildə yaradılıb. Fondun yaradılmasında məqsəd müharibə şəraitində olan Azərbaycanın hərbi qüdrətini gücləndirməkdir. Azərbaycanın hərbi büdcəsi 1 milyard dollardır.

Ermənistan Azərbaycan ərazisinin 20%-ni - Dağlıq Qarabağı və onun ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti