...

Konstitusiya Məhkəməsinin qərarına görə, notarius olmadığı yerlərdə bələdiyyələr vəsiyyətnamələri təsdiq edə bilərlər

Siyasət Materials 11 İyul 2007 11:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Konstitusiya Məhkəməsinin Plenumunun iclasında xüsusi konstitusiya icraatı üzrə "Notariat haqqında" qanunun 15-ci və 18-1-ci maddələrinin şərh edilməsinə dair Bakı şəhər Suraxanı rayon məhkəməsinin müraciəti ilə əlaqədar konstitusiya işinə baxılıb. Bu barədə Trend ə Konstitusiya Məhkəməsindən məlumat verilib.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim Rəfael Qvaladzenin məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni nümayəndələri Heydərov və Məmmədovun çıxışlarını dinləyib müzakirə edərək qərar qəbul edib. Qərarda deyilir ki, "Notariat haqqında" qanunun 15-ci və 18-1-ci maddələrində bələdiyyələr tərəfindən vəsiyyətnamələrin təsdiq edilməsi qaydasının nəzərdə tutulmaması özlüyündə yerli özünüidarə orqanlarının Mülki Məcəllənin 1179.2-ci maddəsində təsbit olunmuş notariusun olmadığı yerlərdə vəsiyyətnamələri təsdiq etmək səlahiyyətini istisna etmir. Məhkəmənin qərarı ilə Mülki Məcəllənin 1179.2-ci maddəsində nəzərdə tutulmuş notariusun olmadığı yerlərdə yerli özünüidarə orqanları tərəfindən vəsiyyətnamənin təsdiq edilməsi səlahiyyətinin həyata keçirilməsi qaydalarının müəyyən edilməsi Milli Məclisə tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti