Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Təhlükəsizlik məsələlərinə dair ABŞ-Azərbaycan məsləhətləşmələrinin nəticələri ilə bağlı müsbət təəssürat yaranıb. Bu barədə bazar ertəsi jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi məlumat verib. Onun sözlərinə görə, məsləhətləşmələrdə təhlükəsizlik baxımından vacib olan məsələlər müzakirə olunub.
"Müzakirələr zamanı Azərbaycanın təhlükəsizliyinin, xüsusilə Xəzərin təhlükəsizliyinin təmini üçün perspektivlər, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasında birgə mübarizə, Azərbaycanın terrorizmlə mübarizədə verəcəyi töhfələr, Azərbaycanın NATO-ya inteqrasiya məsələsi müzakirə edilib" - deyə səfir əlavə edib.
ABŞ Dövlət Departamentində təhlükəsizlik məsələlərinə dair ABŞ-Azərbaycan məsləhətləşmələri iyulun 9-10-da Vaşinqtonda keçirilib.