...

Prezident Aparatının şöbə müdiri: Biz yenidən ermənilərlə birgə yaşaya bilərik

Siyasət Materials 16 İyul 2007 18:05 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir A.İsmayılova/ Ziyalıların birgə səfəri göstərdi ki, azərbaycanlı və erməni icması birgə yaşaya bilər. Bunu bazar ertəsi Azərbaycan Prezidenti Icra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bəyan edib.

O bildirib ki, bu missiyada ilştirak etməklə Azərbaycan öz iradəsini ifadə etdi. "Bu lazımi prosesdir. Tarixdə bu cür hadisələr olub, biz yenidən ermənilərlə birgə yaşaya bilərik. Dağlıq Qarabağ erməniləri vətəndaş kimi Azərbaycanda yaşaya bilərlər", - deyə Məmmədov bildirib

Diplomatın sözlərinə görə, Azərbaycan münaqişənin sülh yolu ilə həlli üçün hər şeyi etdiyini göstərib. Digər tərəfdən, o, ziyalıların səfərini Ermənistan və Dağlıq Qarabağda baş verən proseslər haqqında tam məlumat alınması imkanı kimi dəyərləndirib.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətinə toxunan Prezident Aparatının nümayəndəsi onların Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini təmin etməli olduqlarını bildirib.

Həmsədrlərin münaqişə tərəflərini eyniləşdirən mövqeyini tənqid edən Məmmədov ATƏT-in Minsk Qrupunun münaqişənin tənzimlənməsinə hüquqi status verilməsi üçün lazım olduğunu əlavə edib. "Söhbət ədalətli statusdan gedir, qərəzli yox", - deyə o söyləyib.

Xəbər lenti

Xəbər lenti