...

Lerik rayon prokuroru tutduğu vəzifədən kənarlaşdırılıb

Siyasət Materials 17 İyul 2007 17:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Lerik rayon prokuroru Əhməd Həsənov tutduğu vəzifədən kənarlaşdırılıb. Baş prokurorluğun mətbuat xidmətindən Trend ə verilən məlumata görə, buna səbəb iyulun 11-də Ələt-Astara yolunun Lənkəran rayonu ərazisində baş vermiş yol qəzası olub. Belə ki, həmin gün Fəyaz Qaraxanov idarə etdiyi Vaz 2106 markalı, 42 Bco 46 dövlət nömrə nişanlı avtomobil onunla eyni istiqamətdə hərəkət edən Azər Dadaşovun idarə etdiyi VAZ 21014 markalı, 42 BQ 542 dövlət nömrə nişanlı maşınla toqquşub. Qaraxanovun idarə etdiyi avtomobil hərəkət istiqamətini itirərək yolun soluna çıxıb yolun sağı ilə hərəkət edən Lerik rayon prokuroru Əhməd Həsənovun idarə etdiyi QAZ 3110 markalı, 10 HN 580 dövlət nömrə nişanlı maşınla toqquşub. Nəticədə Qaraxanov aldığı xəsarətdən yerində keçinib.

Faktla bağlı Lənkəran rayon polis şöbəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb. Hadisə baş verəndən dərhal sonra Əhməd Həsənov tibbi-narkoloji müayinədən keçib və onda alkoqol sərxoşluğu əlamətləri müəyyən edilməyib.

Baş prokuror istintaqın obyektiv aparılmasının təmin edilməsi üçün cinayət işi üzrə yekun qərar qəbul edilənədək Lerik rayon prokurorunu vəzifəsindən kənarlaşdırıb. İstintaqın nəticəsindən asılı olaraq Həsənovun hərəkətlərinə hüquqi qiymət veriləcək.

Xəbər lenti

Xəbər lenti