Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Bu ilin 6 ayında yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayı artıb. Daxili İşlər Nazirliyindən çərşənbə günü Trend ə bildirilib ki, hesabat dövründə yetkinlik yaşına çatmayanlar tərəfindən 238 cinayət qeydə alınıb. Həmçinin qadınlar, əvvəllər məhkum olunmuşlar, əcnəbilər tərəfindən də törədilən cinayətlərin sayında artım müşahidə olunub. Belə ki, bu ilin 6 ayında qadınlar tərəfindən 1025, əvvəllər cinayət etmiş şəxslər tərəfindən1246, əcnəbilər tərəfindən 207 cinayət törədilib. Əcnəbilərə qarşı törədilən cinayətlər isə 17 fakt azalıb.Hesabat dövründə axtarışda olan təqsirləndirilən şəxslərin 2071-i, o cümlədən törədilmiş ağır və xüsusilə ağır cinayətlərin subyekti olan şəxslərin 174-ü tutulub, itkin düşmələri ilə əlaqədar axtarışa elan olunmuş 1046 nəfərdən 657-sinın yeri müəyyən edilib. Hesabat dövründə 6727 nəfər cinayət məsuliyyətinə cəlb edilib, onlardan 820-si qadınlar, 177-si yetkinlik yaşına çatmayanlar, 5585-i işləməyən və oxumayan, 758-i əvvəllər məhkum edilmişlər olub