...

Rusiya Dövlət Dumasının rəhbəri: Kosovoya azadlıq verilməsi separatçılar üçün nümunəyə çevriləcək

Siyasət Materials 20 İyul 2007 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend K.Ramazanova/ Rusiya Dövlət Dumasının rəhbəri hesab edir ki, Kosovoya müstəqillik verilməsini nəzərdə tutan qətnamə layihəsinin hazırkı variantı bir çox ölkələrdə separatçı rejimlər üçün nümunəyə çevrilə bilər.

"Kosovonun gələcək statusu ilə bağlı qətnamənin layihəsi nümunəyə çevrilə bilər və dünyanın bir sıra yerlərində, Abxaziyada, Dağlıq Qarabağda, Ermənistanda, Azərbaycanda, Moldovada, İspaniyada, Böyük Britaniyada və bir sıra Afrika ölkələrində separatçılıq meyllərini gücləndirə bilər" - deyə cümə axşamı Çernoqoriyadakı müzakirələr zamanı Rusiya Dövlət Dumasının sədri Boris Qrızlov bəyan edib.

O həmçinin qeyd edib ki, Rusiya qərara qarşı öz veto hüququndan istifadə edəcək.

BMT-nin baş katibi Pan Gi Mun bəyan edib ki, Kosovoya faktiki müstəqilliyin verilməsi digər ölkələrdə, o cümlədən Azərbaycan və Gürcüstanda separatçı hərəkatlar üçün nümunə olmayacaq.

"Mən bir məsələyə aydınlıq gətirmək istərdim ki, Kosovo problemi unikal problemdir və Gürcüstanın Abxaziya respublikası və Azərbaycanın mübahisəli Dağlıq Qarabağ regionu üçün nümunəyə çevrilməyəcək" - deyə bazar ertəsi BMT-nin baş katibi təşkilatın Nyu-Yorkdakı iqamətgahında keçirilən mətbuat konfransında bildirib. Cümə günü BMT-nin Təhlükəsizlik Şurası Nyu-Yorkda Kosovonun statusu ilə bağl məsələni nəzərdən keçirmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti