...

Qazaxıstan XİN-inin başçısı: Astana Azərbaycan prezidentinin qarşıdakı səfərinə böyük önəm verir

Siyasət Materials 4 Avqust 2007 12:28 (UTC +04:00)
Qazaxıstan XİN-inin başçısı: Astana Azərbaycan prezidentinin qarşıdakı səfərinə böyük önəm verir

Azərbaycan, Bakı / Trend müxbir A. Qasımova/ Qazaxıstan xarici işlər naziri Marat Tacin Trend ə eksklüziv müsahibəsində bəyan edib ki, Qazaxıstan Azərbaycan prezidenti İlham Əliyevin Astanaya avqustun 7-8-də baş tutacaq səfərinə böyük önəm verir.

"Dövlət başçılarının ikitərəfli əməkdaşlıq və çoxtərəfli formatda qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə edəcəkləri gözlənilir" - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, hazırda hər iki tərəf bir sıra ikitərəfli sənədləri nəzərdən keçirməlidirlər, "bu səbəbdən də biz ümid edirik ki, müvafiq sənədlərin səfər zamanı imzalanması məqsədilə biz onları hazırlaya biləcəyik".

"Əminəm ki, Astanada keçiriləcək görüşlər və danışıqlar müəyyən dərəcədə əməkdaşlığımızın genişlənməsinə, əvvələr əldə olunmuş razılıqların möhkəmlənməsinə müsbət təsir göstərəcək" - deyə Tacin bildirib.

Xəbər lenti

Xəbər lenti