...

Tacikistanın dövlət nümayəndələri Azərbaycan XİN-ində görüş keçirib

Siyasət Materials 6 Avqust 2007 16:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Tacikistan prezidenti İmaməli Rahmonun Azərbaycana səfərinə hazırlıq çərçivəsində bu ölkənin dövlət nümayəndələri ilə görüşüb. Bu barədə bazar ertəsi Azərbaycan XİN-inin mətbuat katibi Xəzər İbrahim bildirib.

İbrahih qeyd edib ki, görüşdə məqsəd avqustun 13-14-də Azərbaycana baş tutacaq səfər zamanı imzalanacaq müvafiq sənədlərin qaydaya salınması olub.

Tacikistan XİN-inin MDB ölkələri üzrə idarəsinin rəhbəri Rüstəm Dodocanovun başçılıq etdiyi Tacikistan nümayəndə heyəti Bakıda digər nazirliklər və orqanlarda görüşlər keçirəcək.

Müxtəlif sahələri, o cümlədən iqtisadi, maliyyə və mədəniyyət sahəsini əhatə edəcək doqquz ikitərəfli sənədlərin layihəsi hazırlanıb.

Bu Rahmonun Azərbaycan -Tacikistan münasibətləri tarixində ilk dəfə olaraq martın 15-16-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Düşənbdəyə baş tutan səfərinə olan cavab səfəridir.

İlham Əliyevin Düşənbəyə mart səfəri zamanı Azərbaycan aə Tacikistan arasında dostluq və əməkdaşlıq barədə müqavilə imzalanıb, bu müqavilədə ikitərəfli münasibətlərin müttəfiq xarakteri və rəsmi Düşənbə tərəfindən Azərbyacanın ərazi bütbvlüyünün və sərhədlərinin pozulmazlığının tanınması qeyd olunub. Bundan əlavə investisiyaların genişldəndirilməsi, nəqliyyat, turizm, vizasız hərəkət, gömrük və humanitar əməkdaşlaq sahəsində ikitərfəli əlaqədləri nizamlayan 10 müqavilə imzalanıb. Tərəflər həmçinin iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yaradılması barədə razılığa gəlib ki, bu komissiya müqavilənin icrası üzərində nəzarəti həyata keçirəcək. Həmin vaxt səfirliyin açılması və Tacikistan prezidenti İmaməli Rahmonun 2007-ci ilin sonuna qədər cavab səfərinin baş tutuması barədə razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti