...

Yasamal rayon məhkəməsi müxalifət partiyasının qeydiyyat məsələsinə baxacaq

Siyasət Materials 10 Avqust 2007 13:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Gələn həftə Yasamal rayon məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) dövlət qeydiyyatına alınma məsələsi ilə bağlı iddiasına baxılacaq. Bu barədə cümə günü Bakıda Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri, "Azadlıq" blokunun həmtəsisçisi Əli Əliyev məlumat verib.

Onun sözlərinə görə, bu iddia üzrə Yasamal rayon məhkəməsində iki məhkəmə prosesi keçirilib.

"Soradan məhkəmə hakimlərinin dəyişdirilməsi ilə əlaqədar proses təxirə salınıb. Bizim iddiamıza baxan Yasamal rayon məhkəməsinin hakimi hakimlikdən uzaqlaşdırılıb. Gələn həftə ərzində işə baxacaq yeni hakim və prosesin vaxtı dəqiqləşəcək" - deyə Əliyev bildirib.

Partiya sədri vurğulayıb ki, rəhbərlik etdiyi təşkilatı dövlət qeydiyyatından keçirmək üçün bütün məhkəmə prosedurlarını keçəcəklər: "Əgər Azərbaycanda bu məsələni həll edə bilməsək, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edəcəyik".

VİP 2006-cı ildə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) keçmiş sədri Əli Əliyev və bir qrup AMİP-çi tərəfindən yaradılıb. VİP "Azadlıq" blokunda təmsil olunur.

Xəbər lenti

Xəbər lenti