...

Tacikistan prezidenti Bakıya gəlir

Siyasət Materials 13 Avqust 2007 11:36 (UTC +04:00)

Azərbaycan, Bakı / müx. " S.Ağayeva/ Tacikistan prezidenti İmoməli Rəhmon bazar ertəsi rəsmi səfərlə Azərbaycana gəlir. Tacikistan prezidenti ilə Azərbaycan prezidenti İlham Əliyev arasında təkbətək görüşdən sonra geniş formatda danışıqlar aparılacaq.

Nəqliyyat, yükdaşımaları, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi, həmçinin MDB çərçivəsində regional əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir. Nümayəndə heyətinin görüşünün yekunu olaraq bir neçə sənədin imzalanması gözlənilir ki, bundan sonra prezidentlər birgə mətbuat konfransı keçirəcəklər. Daha sonra tacik lideri baş nazir Artur Rəsizadə ilə görüşəcək və Heydər Əliyev Fonduna baş çəkəcək.

Növbəti gün, yəni avqustun 14-də Tacikistan prezidenti Fəxri Xiyabanda Azərbaycanın kemiş prezidenti Heydər Əliyevin məzarına əklil qoyacaq. Sonra isə İmoməli Rəhmon Milli Məclisin (Azərbaycan parlamenti) sədri Oqtay Əsədovla görüşəcək.

Xəbər lenti

Xəbər lenti